Arxiv
2024 2023 2022 2021 2020 2019 2018 2017 2016 2015 2014 2013 2012 2011 2010 2009 2008 2007 Arxiv
Mülayim Abbas qızı Bağırova
Mehriban Aqşay qızı Abdullayeva
Azərbaycan Dillər Universiteti

İNGİLİSDİLLİ QƏZETLƏRİN TƏRCÜMƏ XÜSUSİYYƏTLƏRİ
Xülasə
İngilisdilli mətbuat dünya mətbuat tarixinin inkişaf mərhələlərindən birini təşkil edir və kökləri əsrlər əvvələ gedib çıxır. Bu gün bir çoxumuzun ənənəvi media vasitələri hesab olunan qəzet, jurnal, televiziya və s. kimi vasitələrdən imtina etməsi və daha çox “yeni media” axınına (internet, sosial media və s.) meyl etməsi sadəcə internet əsrinin özü ilə gətirdiyi yeniliklərdən biridir, heç şübhəsiz, günümüzün modern media vasitələri də ənənəvi medianın  inkişafının növbəti mərhələsidir. 
İngilisdilli mətbuat dedikdə, rəsmi dili ingilis dili olan hər hansı bir ölkənin dövri mətbuatından söhbət getmir, artıq bu məfhum genişlənərək dünyanın istənilən ölkəsində ingilis dilində yaranan və fəaliyyət göstərən medianın dilini ifadə edir ki, onu ümumi xarakterizə etmək və hansısa dar bir qəlibə sığışdırmaq məhz bu səbəbdən çətinləşir.
İnformasiya bolluğu və informasiya əsrinin gətirdiyi zənginlik insanların özünüinkişafı, elmin tərəqqisi və s. baxımından mütərəqqi hal hesab edilsə də, özü ilə birlikdə kütləvi informasiya vasitələrinin dili olan ingilis dilinin tədqiq və araşdırılmasında da məntiqi çətinliklərə səbəb olur. Bu məsələ özünü, həmçinin, ingilisdilli qəzetlərin başqa dillərə (Azərbaycan dili də daxil olmaqla) tərcüməsi zamanı da büruzə verir: sözügedən differensiasiya nəticəsində dünyanın əksər ölkələrində nəşr olunan və ya internetdə yayımlanan media nümunələrini Azərbaycan dilinə  tərcümə edən zaman bir çox detal və fərqlərə daha çox diqqət yetirmək lazım gəlir. Odur ki, ingilisdilli mətbuatın,o cümlədən,qəzetlərin tərcümə xüsusiyyətləri olduqca aktual və araşdırılması vacib bir mövzudur və dünya səviyyəsində linqvistlər, araşdırmaçı jurnalistlər və tərcüməçilər tərəfindən tədqiq olunur. Bu tədqiqat işində ardıcıllıqla ingilisdilli qəzetlərin dil, üslub və funksionallıq baxımından əsas cəhətlərindən və tərcümə xüsusiyyətlərindən bəhs olunacaq.
Açar sözlər: ingilisdilli mətbuat , qəzet üslubu,   tərcümə xüsusiyyətləri

Translation features of the english newspapers 
Summary
The English newspaper history  is one of the stages of the world's press history, and its origins go back centuries ago. Today, the tendency to media outlets, newspapers, magazines, television, etc. and great interest to "new media" (Internet, social media, etc.) by many of us is just one of the innovations that the internet brings with itself, and no doubt today's modern media are the next stage of the development of traditional media.     
English newspaper style may be defined as a system of interrelated lexical, phraseological and grammatical means that basically serves the purpose of informing and instructing the reader. It causes difficulties in the study and investigation of the English language, which is the language of mass media.It is important to focus on many details and differences when translating media samples into other languages (including the Azerbaijani language) published in many countries around the world. Only being aware of numerous details and peculiarities, which characterize a newspaper style, a translator will succeed to do a correct and adequate translation. Moreover, a translator must have not only a sound command of English, but also sense of language to cope with different kinds of problems he/ she faces during translation.
Thus, the translation features of the English newspapers are being studied by worldwide linguists, researchers and translators. In this research we will review some sources of English newspapers and investigate grammatical, lexical, stylistic and phraseological difficulties of translation of English newspapers.
Key words: newspaper style, translation features, mass media

MƏQALƏNİ YÜKLƏ [208,58 Kb] (yüklənib: 64)

Baxış: 916
Ünvan:
AZ1073. Bakı ş., Yasamal r-nu,
Mətbuat pr., 529-cu məhəllə
“Azərbaycan” nəşriyyatı, 6-cı mərtəbə
Tel.:    +994 12 510 63 99
Mob.: +994 50 209 59 68
           +994 55 209 59 68
© 2019 AEM
E-mail:
[email protected], [email protected]